TÜRKİYƏ İRAN VƏ RUSİYA İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR DANIŞIQLARI DAVAM ETDİRİR
Türk Petrolları Anonim Ortaqlığı (TPAO) ilə Qara dəniz sahillərində neft yataqlarının kəşfiyyatı ilə məşğul olacaq Braziliyanın “Petrobras” şirkəti arasında müqavilənin imzalanma mərasimindən sonra jurnalistlərə müsahibə verən Hilmi Gülər İranın neft nazirinin səfəri zamanı bu ölkənin təbii qazının Türkiyə ərazisi ilə Avropaya nəql olunması və digər məsələlər ətrafında ikitərəfli danışıqların aparıldığını söyləmişdir.
Nazir TPAO ilə Rusiyanın “Qazprom” şirkəti arasında da Rusiya təbii qazının nəqlinə dair müzakirələrin getdiyini bildirmişdir. O, danışıqlar zamanı 3 əsas layihənin – “Mavi axın” xəttinin uzadılması, Türkiyə daxilində Rusiya təbii qazının paylanılması və yeraltı qaz anbarlarının inşası layihələrinin müzakirə olunduğunu diqqətə çatdırmışdır.
Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə şirkətin Türkiyədə inşa edəcəyi neftayırma zavodunun Zonquldağda deyil, Rizə yaxınlığında tikilməsi tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]