Türkiyə mediası Formula-1 Avropa Qran-pri yarışını geniş işıqlandırıb
İstanbul, 19 iyun, AZƏRTAC
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışını geniş işıqlandırıb.
Anadolu Agentliyi, “Milliyyət” qəzeti, “Habertürk”, “Eurosport” və digər xəbər portalları yarış haqqında operativ məlumatlar yayıb. Həmçinin oxucular qalib idmançılar barədə məlumatlandırılıb.
Yarış başlayandan etibarən bir sıra kütləvi informasiya vasitələrində “Bakıda Formula-1 həyəcanı” sərlövhəsi ilə xəbərlər manşet materialı olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul