Türkiyə mətbuatı ölkə başçılarının ilk səfərlərini Azərbaycana etmələrini qardaşlıq nümunəsi kimi dəyərləndirib
İstanbul, 18 avqust (AZƏRTAC). “Haber Türk” TV Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Türkiyə dövlət başçılarının prezident kimi ilk səfərlərinin ölkəmizə edilməsi barədə maraqlı reportaj yayıb.
Ölkə mətbuatı yeni seçilmiş prezidentlərin ilk səfərinin Azərbaycana edilməsini dəyərli ənənə kimi qiymətləndirərək yazır ki, bu adət əsl qardaşlıq nümunəsidir.
Xatırladaq ki, Türkiyənin Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana edəcəyi barədə açıqlama verib.
“Haber Türk” TV-nin bəhs etdiyimiz reportajı sosial şəbəkədə də maraqla paylaşılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]