Türkiyə milli komandası "Avro-2016"ya məğlubiyyətlə başlayıb VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də futbol üzrə XV Avropa çempionatının "D" qrupunda Türkiyə millisi Xorvatiya yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin yığması rəqibinə 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 41-ci dəqiqədə Luka Modriç vurub.
Parisdəki "Park de Prəns" stadionunda keçirilən görüşü isveçli baş hakim Conas Erikson idarə edib.