Türkiyə Nigeriyaya tibbi yardım göndərib
Ankara, 4 iyun, AZƏRTAC
Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə xarici ölkələrə göstərdiyi dəstək çərçivəsində Nigeriyaya yardım göndərib.
AZƏRTAC xəbər verir ki, tibbi ləvazimat, maska, kombinezon və digər əşyalardan ibarət yük Milli Müdafiə Nazirliyinin “Koca Yusuf” yük təyyarəsi ilə göndərilib. Bildirilir ki, təyyarə Etimesgut Hərbi Hava Limanından yola salınıb.
Qeyd edək ki, Türkiyə COVID-19 infeksiyası ilə bağlı ABŞ, İngiltərə, İspaniya, İtaliya və Balkan ölkələrinə eyni təyinatlı yardım yükü göndərib. Bundan əvvəlki yardım Çad Respublikasına aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]