TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir,
Ankaranın Ulus rayonundakı ticarət mərkəzində törədilmiş partlayış nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.
Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, belə amansız cinayət əməllərinin qarşısının alınması üçün bütün qüvvələrimizi səfərbər etməyi vacib hesab edirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2007-ci il.