TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Hörmətli cənab Prezident,
Ankaradakı ticarət mərkəzində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Biz törədilmiş terror aktından hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə birgə səylər göstərilməsini zəruri hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, yaralananlara və xəsarət alanlara şəfa diləyir, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2007-ci il.