TÜRKİYƏ VƏ YUNANISTANDA ZƏLZƏLƏLƏR BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 2-də yerli vaxtla saat 17.51 radələrində Türkiyənin Balıqəsir vilayətinin Sındırq rayonu ərazisində, 4,4 ball gücündə zəlzələ qeydə alınmışdır. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, yeraltı təkanlar 7-8 saniyə davam etmişdir. Dağıntı və tələfat yoxdur.
Həmin gün saat 05.36 radələrində mərkəzi Yunanıstanın Mora yarımadasının şimal-şərqindəki Pirqos şəhəri yaxınlığında da Rixter cədvəli ilə 4,2 ball gücündə zəlzələ baş vermişdir. Afina Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələ tələfat və dağıntıya səbəb olmamışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]