Türkiyə yol-nəqliyyat strategiyası ilə qəza və ölüm hallarını sıfıra endirməyi hədəfləyir
Ankara, 2 fevral, AZƏRTAC
Türkiyə Prezident Administrasiyasında 2021-2030-cu illərdə yol-nəqliyyatı təhlükəsizliyi strategiyası və bu sahədə media mənsublarının mükafatlandırılması proqramına həsr olunan toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan toplantıdakı çıxışında Türkiyənin yol-nəqliyyat və yollarda təhlükəsiz hərəkət siyasəti əsasında həyata keçirilən tədbirlər və əldə olunan yüksək nəticələr barədə danışıb.
Yol-nəqliyyat sahəsində qanunvericilik bazasının formalaşması, nəqliyyat vasitələrinin texniki baxışı, magistrallarda radar sisteminin genişləndirilməsi, bu sahələrdə yüksək texnologiyaların tətbiqi və digər məsələlərində bəhs edən Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, görülən tədbirlər sayəsində ölkə üzrə yol-nəqliyyat qəzaların ölüm sayı 18 faiz aşağı düşüb. Dövlət başçısı bildirib ki, bu sahədə tətbiq olunan dövlət proqramlarının hədəfində yol-qəzaları, ölüm və maddi zərərin sıfır nöqtəsinə endirilməsi dayanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]