TÜRKİYƏ-YUNANISTAN QAZ KƏMƏRİNİN CƏKİLİŞİNƏ DAİR MÜSABİQƏNİN BAŞA ÇATDIRILMASI VAXTI DƏYİŞDİRİLMİŞDİR
“Cənubi Avropanın qaz dairəsi” adlanan layihə Avropaya nəql olunan İran qazının Türkiyə ərazisindən təkrar ixracı üçün nəzərdə tutulmuşdur. Türkiyə energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər bildirmişdir ki, Türkiyənin İrandan Yunanıstana ötürəcəyi qazın maksimum həcmi 11 milyard kubmetr təşkil edəcəkdir ki, bunun da 3 milyard kubmetri Yunanıstan, qalanı isə Avropa üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ötən il Türkiyə və Yunanıstan öz qaz sistemlərini birləşdirəcək boru kəmərinin tikintisi haqqında saziş imzalamışdılar. Boru kəmərinin uzunluğu 600 kilometr olacaqdır. Bu kəmər Türkiyənin bir neçə ölkədən idxal etdiyi “mavi yanacağın” Yunanıstana və oradan Avropanın digər dövlətlərinə nəqlinə imkan verəcəkdir. Türkiyənin “BOTAŞ” və Yunanıstanın “DEPA” şirkətlərinin gerçəkləşdirəcəyi layihənin dəyəri 300 milyon dollardır. Təkrar ixrac edilən qaz Yunanıstan ərazisindən Fransaya, İtaliyaya, Sloveniyaya, Bosniya və Herseqovinaya nəql olunacaqdır. Bunun əsas hissəsini Azərbaycanın ən iri “Şahdəniz” qaz-kondensat yatağından Türkiyənin idxal edəcəyi qaz təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]