Türkiyədə bir gündə 1671 nəfər koronavirusa yoluxub
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə yeniliklərin tətbiq olunmasına baxmayaraq gündəlik yoluxma sayında azalma müşahidə olunmur. Əhalidən maska taxmaq, təmizlik və sosial məsafə qaydalarına əməl etmək tələbi gündəlik həyatın vacib şərtlərindəndir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, gündəlik yoluxma vilayətlər üzrə fərqli dinamikadadır. Hazırda ölkənin böyük şəhərlərindən olan İstanbulda kəskin artım, Ankarada isə azalma müşahidə olunur.
Oktyabrın 14-də Türkiyədə 115 min 328 nəfər testdən keçirilib. Onlardan 1671 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 57 nəfər ölüb, 1396 nəfər isə sağalıb. Ölkə üzrə koronavirus infeksiyasına yoluxanların sayı 340 min 450 nəfərə çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]