Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb
İstanbul, 3 avqust, AZƏRTAC
Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb. Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan “təşkilatın imamları” ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.
Əməliyyat zamanı digər şəhərlərdə də saxlanılan şəxslər Adanaya gətirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]