Türkiyədə koronavirusa qarşı vurulan vaksinlərin sayı 20 milyon dozanı ötüb
Ankara, 19 aprel, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vurulan vaksinlərin sayı 20 milyon dozanı ötüb.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 18-də səhər saatlarına olan məlumata görə, tətbiq olunan birinci doza sayı 12 milyon 207 min 83, ikinci doza isə 7 milyon 793 min 292-dir. Peyvəndləmə əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun aparılır.
Qeyd edək ki, hazırda Türkiyədə kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Bildirilir ki, bu vaksindən ölkədə əlavə 26 milyon doza tədarük edilib. Bundan başqa, digər şirkətlərdə vaksin almaq və yerli peyvənd hazırlamaq üzərində də işlər davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]