Türkiyədə PKK-ya qarşı yeni antiterror əməliyyatı keçirilir
Ankara, 14 iyul, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarını genişləndirir.
AZƏRTAC xəbər verir ki, Şirnak vilayətində həyata keçirilən əməliyyata “Yıldırım-1 Cudi” şərti adı verilib. Bildirilir ki, Cudi dağından başlanan bu əməliyyat sistemli şəkildə davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları terror təşkilatlarını təşvişə salıb. Xüsusilə PKK sıralarını sürətlə tərk edən terrorçular təslim olmaqda davam edirlər. Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı terror düşərgələrindən qaçan daha 4 PKK üzvü Silopidə Türkiyə polisinə təslim olub.
İdlibdə isə Türkiyənin patrul karvanına hücum edilib. Hücum nəticəsində itki olmadığı, iki hərbi avtomaşına qismən ziyan dəydiyi bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]