Türkiyədə rüşvət aldığı üçün 38 gömrük işçisi saxlanılıb
İstanbul, 8 aprel, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Ədirnə vilayətində yerləşən Kapıkule sərhəd-keçid məntəqəsinin 38 gömrük mühafizə orqanı əməkdaşı rüşvət alması şübhəsi ilə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, sərhəd-keçid məntəqəsində işləyən bəzi gömrük əməkdaşlarının Türkiyəni tərk edən və Türkiyə ərazisinə daxil olan şəxslərdən rüşvət alması ilə bağlı şübhələr meydana gəldiyindən məntəqələrə gizli kameralar yerləşdirilib. Buna əsasən, əldə edilən sübutlarla 38 gömrük işçisinin ünvanında aparılan axtarış nəticəsində 14 min 600 dollar, 21 min 325 avro və 89 min 800 Türkiyə lirəsi ələ keçirilib.
Bundan əlavə, rüşvət verdiyi iddia edilən 350 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Qeyd edək ki, Türkiyə ilə Bolqarıstan arasındakı Kapıkule sərhəd-keçid məntəqəsi Türkiyənin ən əhəmiyyətli və işlək quru keçid məntəqələrindən biri olmaqla yanaşı, böyük tarixi əhəmiyyətə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]