Türkiyədə Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə Sabancı Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilmişdir.
TADEF-in sədri Bilal Dündar bildirmişdir ki, sərgidə nümayiş etdirilən fotolar Ermənistanın törətdiyi Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən dəhşətli cinayət olduğunu göstərir.
Sədr faciə nəticəsində Xocalının 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin isə əsir götürüldüyü barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Xocalının dinc sakinlərinə qarşı soyqırımı törədən ermənilərin hazırda özlərinə bəraət qazandırmağa çalışdıqlarını deyən B.Dündar vurğulamışdır ki, buna baxmayaraq bu dəhşətli cinayət heç vaxt unudulmayacaqdır. Biz bunu hər zaman xatırlayacağıq.
Türkiyəli deputat Sibel Gönül də bu qanlı hadisənin tarixdə bir qara ləkə olaraq xatırlanacağını bildirmişdir.
Sərginin təşkilatçıları martın 2-də Kocaeli Universitetində “Cənubi Qafqazda soyuq müharibə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa”nın da təşkil olunacağını bildirmişlər.
Tədbirdə Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycan Evi Dərnəyi, Türkiyə-Azərbaycan Gənclər Təşkilatı, Kocaeli Krım Tatarları və Rumeli dərnəkləri, Kocaeli Roman Dərnəkləri Federasiyası, Kocaeli Maarifçilər Ocağı və şəhər bələdiyyəsinin nümayəndələri, deputatlar iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]