TÜRKİYƏDƏKİ İĞDIR AZƏRBAYCAN EVİ BƏYANAT YAYMIŞDIR
İğdır Azərbaycan Evinin sədri Vəli Tabaru və vəkil Cəfər Zor son zamanlar Türkiyənin Ermənistanla sərhəd rayonlarda, xüsusilə Qars vilayətində bəzi siyasi partiya və təşkilat nümayəndələrinin, yerli mətbuat orqanlarının Türkiyə hökumətinin mövqeyinə zidd olaraq Ermənistanla sərhədlərin açılması istiqamətində mitinq keçirmələrini və təbliğat aparmalarını kəskin şəkildə pisləmişlər.
Bu qüvvələrə ermənilərin “Asala” terror təşkilatının türk diplomatlarına qarşı törətdiyi xain sui-qəsdləri, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını, qondarma “erməni soyqırımı” təbliğatı ilə Ankaradan təzminat tələb etməsini bir daha xatırladan toplantı iştirakçıları, habelə, “bir millət, iki dövlət” mövqeyindən çıxış edərək, ermənilərin Azərbaycan torpaqlarını bu günə qədər işğal altında saxlamalarını unutmamağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]