TÜRKİYƏDƏKİ ZƏLZƏLƏLƏR ƏHALİNİNNARAHATLIĞINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 4-də və 5-də Türkiyənin müxtəlif bölgələrində 6 zəlzələ qeydə alınmışdır. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, iyunun 4-də yerli vaxtla axşam saat 22.45-də episentri Egey dənizində Rixter cədvəli ilə 4,0 ball, iyunun 5-də saat 05.16 radələrində Ərzincan vilayətinin Çayırlı rayonunda 3,4 ball, saat 05.20-də Çorum vilayətinin Məcidözü rayonunda 3,3 ball, saat 06.18-də Bursa vilayətinin İnəgöl rayonunda 2,9 ball və saat 17.27 radələrində episentri Mərmərə dənizində 2,6 ball gücündə zəlzələlər olmuşdur. Tələfat və dağıntı olmasa belə bu seysmik fəallıq əhali arasında böyük narahatlıq yaratmışdır. Bir neçə ildir ki, ölkədəki bəzi seysmoloqlar yer altındakı geoloji təbəqələrin sürtüşməsi nəticəsində yaranan yüksək energiyanın güclü zəlzələ ilə üzü çıxa biləcəyini nəzərə çatdırırlar. Hətta Mərmərə dənizində gözlənilən zəlzələnin Rixter cədvəlinə görə, 7 balldan daha güclü olacağını hesablayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]