TÜRKİYƏLİ FLEYTAÇI ŞEFİKA KUTLUERİN FİLARMONİYADA KONSERTİ OLMUŞDUR
Filarmoniyanın direktor müavini Zəhra Quliyeva AZƏRTAC-ın müxbirnə bildirmişdir ki, virtuoz istedada, yüksək texnikaya, musiqini gözəl duyub səsləndirmə qabiliyyətinə və zəngin repertuara malik fleytaçi Şefika Kutluerin ifaçılıq məharəti mütəxəssislərin və dinləyicilərin böyük marağına səbəb olmuşdur.
Türkiyəli sənətçi ilə bərabər bu konsertdə xalq artisti, Dövlət mükafatları laureatı, professor Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Uzeyir Hacıbəyov adına Dövlət simfonik orkestri də iştirak etmişdir.
Konsertdə Şefika Kutluer italiyalı bəstəkar Antonio Vivaldinin fleyta və orkestr üçün nadir ifa olunan “Konsertlər silsiləsi” ilə çıxış etmiş, simfonik orkestr isə Azərbaycan bəstəkarı Qara Qarayevin ölməz “Alban rapsodiyası” və “Don Kixot” simfonik qravürlərini səsləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]