Türkiyəli kişi həndbolçular iraqlı rəqiblərini məğlub ediblər
Bakı, 10 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarının kişi həndbolçular arasında yarışın “B” qrupunun ilk matçında Türkiyə və İraq həndbolçuları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, görüşün birinci hissəsi İraq təmsilçilərinin 19:17 hesablı üstünlüyü ilə yekunlaşıb. Gərgin keçən qarşılaşmanın ikinci hissəsində isə əzmkar oyun nümayiş etdirən Türkiyə millisi seti öz xeyrinə başa vurub - 18:14. Beləliklə, yekun nəticədə 35:33 hesabı ilə rəqibini məğlub edən türkiyəli həndbolçular İslamiadada ikinci qələbələrini qazanıblar.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu fransalı hakimlər briqadası idarə edib.