Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏLİ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLDİYİNİ BƏYAN ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, ölkəmizdə keçirilən parlament seçkilərinin başa çatması ilə əlaqədar Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi müşahidəçilər qrupu noyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişdir.

Akkan Suver seçkilərdən dərhal sonra bu tədbirin keçirilməsinin məqsədini açıqlayaraq demişdir ki, biz seçkilərin beynəlxalq standartlara uyğun təşkil olunduğunu alqışlayırıq. Müşahidələrimizdən məlum oldu ki, müxtəlif məntəqələrdə çalışanlar heç bir təzyiqlə, ciddi qanun pozuntuları ilə üzləşməmiş, vəzifələrini şəffaflıq şəraitində yerinə yetirmişlər. Zaqatala, Gəncə, Şamaxı, Salyan, Sumqayıt, Lənkəran, İsmayıllı, Göyçay, Abşeron, Bakının Əzizbəyov və Qaradağ rayonlarında seçki prosesini izlədik, müxtəlif partiya təmsilçilərinin seçkilərdən şikayətçi olmadıqlarını öyrəndik. Hər bir məntəqədə şəffaflıq və qarşılıqlı hörmət hiss olunurdu. Biz bəzi namizədlərlə də görüşmək imkanı qazandıq, onlarla üz-üzə söhbət etdik. Şikayətlərinin olub-olmaması barədə suallarımıza aldığımız cavablarda şəffaf və demokratik bir seçkinin keçirildiyi, bütün şərtlərin yerinə yetirildiyi ifadə olundu. Bir daha vurğulamaq istəyirik ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu seçkini müvəffəqiyyətlə başa çatdırmışdır. Bu işlə məşğul olan hər kəsi təbrik edir və əminik ki, nəticələr Azərbaycan xalqının xeyrinə olacaqdır.

“Müxalifət nümayəndələri, partiya təmsilçiləri iddia edir ki, iqtidar sizi ələ almışdır” sualına cavab verən Akkan Suver demişdir:

- Bizim vəqf BMT-nin iqtisadi-sosial sahədə Məsləhətləşmə Şurasının üzvüdür. Biz Azərbaycana müstəqil müşahidəçilər kimi gəlmişik. Azərbaycan seçkiləri izlədiyimiz sayca 22-ci ölkədir. Almaniyada da müşahidəçi olmuşuq. Lakin biz “Bir millət, iki dövlətik”. Ona görə buraya böyük nümayəndə heyəti ilə gəldik. Aramızda indiki və sabiq millət vəkilləri, nazirlər, istefada olan generallar, Cümhuriyyət Xalq Partiyasından iki deputat və bələdiyyə sədrləri var. Biz Azərbaycandakı seçkilərə böyük önəm veririk. Qardaş ölkəyə ABŞ və Rusiyadan sonra ən böyük müşahidəçi qrupu Türkiyədən gəlmişdir. Bilməlisiniz ki, Türkiyədə barmaqlarımıza vurulan boyanın rəngi bir ay getmir. Bu, Prezidentin də, sürücünün də barmaqlarında qalır. Bizim seçki qutularımız hələ köhnədənqalma taxtadandır. Sizdə isə şəffafdır. Bu da çox gözəldir və tərəqqinin, inkişafın əlamətidir. Biz ölkəmizdə bunları söyləyəcəyik. 14 yaşlı müstəqil Azərbaycan beynəlxalq normalara uyğun seçki keçirmişdir.

Vəqfin baş katibi, qəzetçi Engin Köklüçinar demişdir ki, mən müxalifət mətbuatında çalışıram. Məni Türkiyə hökuməti ələ ala bilmirsə, Azərbaycan hökuməti necə ələ alacaqdır?! İndiyədək bizi heç kim ələ almamışdır və ala da bilməz. Qaradağ rayonunda bir çox məntəqələrdə oldum, səsverməni izlədim. Onu bildirirəm ki, hörmətli sədrlə mənim fikirlərim arasında heç bir fərq yoxdur. Sabah “Günəş” qəzetində də yazacağam. Türkiyədən gəlmiş heyətin Azərbaycan hökumətinin ələ alması məsələsi doğrudan da buradakı müxalifətin ortaya atdığı mənasız fikirdir. Əvvəlcədən qəzetlərdə yazırdılar ki, bu seçki prosesinə müdaxilə olacaq, şəffaf, demokratik keçməyəcəkdir. Mən burada seçkilərin hətta Türkiyədən də gözəl keçdiyini iftixarla deyirəm. Türkiyənin bir çox yerində olduğundan da şəffaf, demokratik seçki keçirilməsini etiraf etmək, hələ bizim ələ alınmağımız demək deyildir. Azərbaycanlı qardaşlarıma hörmət edir, onlara bu seçkinin qiymətini bilmələrini məsləhət görürəm.

Böyük Millət Məclisinin deputatı Şamil Ayrım isə demişdir ki, müxalifətin bizi suçlaması məni son dərəcə narahat etmişdir. On ildir parlamentdə təmsil olunuram. Əslən azərbaycanlıyam. Azərbaycanın müstəqil dövlət kimi yaşamasından fəxr edirəm. Vəqfimiz Azərbaycanın daxili işlərinə qarışmaq marağında deyildir. Ancaq Azərbaycanın dünya səviyyəli demokratiya qazanması üçün hər zaman qardaş ölkənin yanındayıq. Bu, bizim üçün önəmlidir. Səslənən iddiada olanlar bu deyilənləri eşitdikcə Azərbaycan həqiqətlərini görəcəklər. Heyətimizdən heç kəsi kimsə ələ ala bilməz. Çünki qrupumuzda özünü təsdiqləmiş, təcrübə qazanmış insanlar vardır. Bu seçkilər Azərbaycan üçün faydalı olacaqdır. Hamımız bunu görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib