Türkiyəli səyyah: Ağdamın ən yaxın zamanda əvvəlkindən də gözəl vəziyyətə gətirələcəyinə inanıram VİDEO
Ağdam, 30 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamda, Şuşada gördüklərimiz insanın içini sızladır. Biz dünya səyahətçiləriyik. Gəzdiyimiz bütün yerlərdə bunu danışacağıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən türkiyəli səyyah Fatma Karagözlü deyib.
O, Ağdamda gördüklərindən çox üzüldüyünü qeyd edib: “Bildiyimə görə, Ağdam vaxtilə ticarət mərkəzi olub və rayonun sakinləri burada rifah içində yaşayıblar. Bu gün ondan ancaq dağıntılar qalıb və hamı pərən-pərən düşüb. Ağdamın ən yaxın zamanda əvvəlkindən də gözəl vəziyyətə gətirələcəyinə inanıram. Çünki Azərbaycan güclü dövlətdir”.