Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident postunda ilk səfərini Azərbaycana edəcək
İstanbul, 15 avqust (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident postunda ilk səfərini Azərbaycana edəcək.
Yeni Prezident bu barədə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının yaranmasının 13-cü ildönümü münasibəti ilə keçirilən toplantıda açıqlama verib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda onu Azərbaycana səfərə dəvət edib. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri Türkiyənin yeni prezidentlərinin ilk səfərlərini ölkəmizə etmələri ənənəyə çevrilib.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul