TÜRKİYƏNİN CƏNUB-QƏRBİNDƏ ZƏLZƏLƏ
AZƏRTAC-ın Anadolu Agentliyindən aldığı xəbərə görə, Türkiyənin cənub-qərbində, Bodrum şəhərinin kurort zonasında Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ baş vermişdir. Xoşbəxtlikdən tələfat yoxdur. Yalnız tikililərə bir qədər ziyan dəymişdir. Təxminən 15 adam pəncərə və eyvanlardan atılarkən yüngülcə zədələnmişdir.
Bu, Egey dənizi sahilində son iki gündə baş vermiş 5-ci yeraltı təkandır. Orada Marmaris, Fəthiyə, Didim, Muğla kimi məşhur kurortlar yerləşir.
Avqustun 3-də İstanbul seysmoloji stansiyası bildirmişdir ki, Egey dənizi sahillərində Rixter cədvəli ilə 3-4,5 bal gücündə dörd yeraltı təkan olmuşdur. Tələfat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]