TÜRKİYƏNİN CEYHAN RAYONUNDA HEYDƏR ƏLİYEV ADINA LİSEYİN İNŞASINA BAŞLANMIŞDIR
Türkiyənin Adana vilayətinin milli təhsil şöbəsinin müdiri Mustafa Yaylaçı AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Ceyhan rayonunda Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyacaq liseyin inşasına başlanılmışdır.
Liseyin tikintisini Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcəkdir. Ceyhanın “Yeni evlər” məhəlləsində 7 min 500 kvadratmetr ərazidə tikiləcək dördmərtəbəli və 500 şagird yerlik təhsil ocağı 16 sinif otağı və laboratoriyalardan ibarət olacaqdır.
Milli təhsil şöbəsi müdirinin sözlərinə görə, lisey yeni dərs ilində - sentyabrın 13-də istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]