Türkiyənin Diyanət Vəqfi Suriyada 40 mindən artıq yetim uşağı müayinə edib
İstanbul, 27 mart, AZƏRTAC
Türkiyənin Diyanət Vəqfi tərəfindən iki il əvvəl Suriyada başladılan layihə çərçivəsində sağlamlıq imkanları məhdud 40 mindən artıq yetim uşaq müayinə olunub.
AZƏRTAC xəbər verir ki, uşaqlar Türkiyədən gələn tibbi briqadalar tərəfindən mütəmadi olaraq hər həftə sonu sağlamlıq yoxlamalarından keçirilirlər.
Müayinələr nəticəsində mövcud xəstəliklər aşkar edilib, müvafiq müalicə üsulları tətbiq olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]