Türkiyənin enerji idxalından asılılığı 67,8 faizə enib
Bakı, 22 dekabr, AZƏRTAC
2022-ci ildə Türkiyənin enerji idxalından asılılığı 67,8 faizə enib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən 15-ci Enerji və İqlim Forumunda çıxışı zamanı deyib.
Nazir, həmçinin Ankaranın yaxın altı il ərzində atmosferə atılan tullantıları əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu vurğulayıb. “2024-2030-cu illər üçün enerji səmərəliliyi planının icrası çərçivəsində atmosferə atılan karbon qazını 100 milyon ton azaltmağı planlaşdırırıq”, - deyə Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları 2024-cü ildə ölkədə atmosferə atılan tullantı kvotası ilə bağlı emissiya ticarətinə başlamaq niyyətindədir. Əməliyyatların enerji bazarının idarə edilməsi üzrə dövlət kompaniyası - Türkiyə Enerji Birjası meydançasında aparılacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]