Türkiyənin Gebze bölgəsində 21 bina boşaldılıb
İstanbul, 2 noyabr, Günel Karatepe, AZƏRTAC
Oktyabrın 29-da Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın yerləşdiyi ərazidə 28 iş yeri və 21 bina boşaldılıb.
AZƏRTAC xəbər verir ki, bölgədəki binaların bir neçəsində ağır zədənin müəyyən edildiyi, bəzilərinin isə daşıyıcı sütunlarında çatlaqların olduğu bildirilir.
Hadisənin baş verdiyi bölgəyə baxış keçirən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ərazidə genişmiqyaslı araşdırmaların başladıldığını deyib.
Tədqiqatlara 40-a yaxın mütəxəssis cəlb olunub. Bölgədən 250-dən artıq vətəndaş təxliyə edilib.
Xatırladaq ki, Gebzedə binanın çökməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]