TÜRKİYƏYƏ GƏLƏN TURİSTLƏRİN SAYI ARTIR
Turistlərlə yanaşı bu ölkəyə qeyri-leqal gələnlər və insan alveri ilə məşğul olanlar da var. Türkiyənin hüquq-mühafizə orqanları ölkəyə qeyri-rəsmi gələn xarici vətəndaşları aşkar etmək üçün geniş əməliyyat tədbirləri həyata keçirir. Artıq İzmirdə polis və jandarma dəstələri tərəfindən aparılan birgə əməliyyat nəticəsində daha bir quldur şəbəkəsi aşkar olunmuşdur. Bu şəbəkənin üzvləri qeyri-qanuni yollarla 31 xarici vətəndaşı ölkəyə gətirmiş və onları Avropaya göndərməyə boyun olmuşlar.
Qeyri-qanuni bizneslə məşğul olan üç türk vətəndaşı haqqında cinayət işi qaldırılmışdır.