Türkmənistan Prezidenti Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib
Bakı, 5 fevral, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın və Türkmənistanın Xalq artisti Polad Bülbüloğluna 75 illik yubileyi münasibətilə təbrik göndərib.
AZƏRTAC bu barədə “Turkmenistan seqodnya” Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir.
Türkmənistan lideri öz təbrik məktubunda Polad Bülbüloğlunun uzun illər ərzində ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib. “Məhz buna görə Türkmənistanda sizə tanınmış bəstəkar və gözəl müğənni kimi böyük ehtiramla yanaşırlar. Sizin yaradıcılığınız türkmən xalqının qəlbində xüsusi yer tutur”, - deyə Q.Berdiməhəmmədov vurğulayıb.
Türkmənistan Prezidenti Polad Bülbüloğluna möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]