Türkmənistan Xəzəryanı ölkələrlə əməkdaşlığı daha da gücləndirmək əzmindədir
Bakı, 1 aprel, AZƏRTAC
Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər dənizi məsələləri üzrə İdarələrarası Komissiyanın 61-ci iclası keçirilib.
AZƏRTAC Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, iclasın əsas mövzusu Xəzər regionunda əməkdaşlığın əsas istiqamətləri üzrə 2024-cü il üçün Fəaliyyət Planının müzakirəsi olub.
İclas iştirakçılarının qeyd etdiyi kimi, sözügedən sənəd iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat, ekologiya və beynəlxalq tədbirləri əhatə edir. Bu kontekstdə ekoloji diplomatiyanın həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
Türkmənistan XİN vurğulayıb ki, Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə ölkə Xəzərin hüquqi statusu ilə bağlı balanslaşdırılmış qərarların hazırlanmasında ardıcıl olaraq fəal mövqe tutur. Aşqabad regionda çoxtərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının formalaşmasına mühüm töhfə verib.
İdarələrarası Komissiyanın tərkibinə daxil olan nazirlik və idarələrin rəhbərləri beynəlxalq hüquq normaları çərçivəsində Xəzəryanı dövlətlərlə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Xəzər regionunda dostluq, mehriban qonşuluq və geniş tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi Aşqabad üçün prioritet olaraq qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]