ÜÇ MÜƏSSİSƏ ÖZƏLLƏŞDİRİLMİŞDİR
II Dövlət Özəlləşdirmə Proqramına uyğun olaraq, 2003-cü ildə Zaqatala rayonunda üç dövlət müəssisəsi özəlləşdirilmiş, 9 nömrəli sənaye kombinatı isə səhmdar cəmiyyətə çevrilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indidəyək yaranmış 23 səhmdar cəmiyyətdən altısının səhmləri artıq satılmışdır. Ötən il rayonda kiçik müəssisələrin özəlləşdirilməsindən dövlət büdcəsinə 55,1 milyon manat, daşınmaz əmlakın icarəyə verilməsindən isə 14 milyon manat vəsait əldə olunmuşdur.