UEFA Avropa Liqası: “Fənərbağça” “Braqa”nı tək qolla məğlub edib
Bakı, 11 mart, Elşad Qəzvini, AZƏRTAC
UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanlı futbolsevərlərin diqqəti İstanbula yönəlib. Avroliqada son 16 turun ilk matçından uğurlu hesabla ayrılan Türkiyənin turnirdəki yeganə təmsilçisi olan “Fənərbağça” öz meydanında Portuqaliyanın “Braqa” komandasını qəbul edib. Oyuna və topa hakim olan “sarı lacivərtlilər” 82-ci dəqiqədə Mehmet Topalın vurduğu gözəl qolla “Braqa”nı vətəninə əliboş yola salıb. Qapısını toxunulmaz saxlayan İstanbul təmsilçisi beləcə cavab görüşü üçün təşəbbüs əldə etmiş olub.