UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün təqvimi açıqlanıb
Bakı, 27 fevral, AZƏRTAC
UEFA 2019-cu ildə final matçının Bakıda keçiriləcəyi futbol üzrə Avropa Liqasının təqvimini açıqlayıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, turnirin ilk mərhələsinin birinci görüşləri cari il iyunun 28-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.
İlk təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin görüşləri iyulun 26-da və avqustun 2-də, növbəti mərhələnin qarşılaşmaları isə avqustunda 9-da və 16-da keçiriləcək. Pley-off mərhələsi isə avqustun 23-nə və 30-na təsadüf edəcək.
UEFA Avropa Liqasının qrup mərhələsində birinci turun görüşləri sentyabrın 20-də, ikinci turun oyunları oktyabrın 4-də, üçüncü turun matçları isə oktyabrın 25-də oynanılacaq. Klublar noyabrın 8-də dördüncü, noyabrın 29-da beşinci, dekabrın 13-də isə altıncı tur çərçivəsində qarşılaşacaqlar.
Turnirin onaltıdabir final mərhələsinin oyunları 2019-cu il fevralın 14-də və 21-də keçiriləcək. Səkkizdəbir final mərhələsinin oyunları martın 7-də və 14-də təşkil olunacaq. Dörddəbir finalın matçları aprelin 11-də və 18-də, yarımfinal görüşləri isə mayın 2-də və 9-da oynanılacaq.
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]