UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkatma mərasimi keçirilib
Bakı, 19 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 19-da futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Qranada” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə);
“Arsenal” (İngiltərə) - “Slaviya Praqa” (Çexiya);
“Ayaks” (Niderland) - “Roma” (İtaliya);
“Dinamo Zaqreb” (Xorvatiya) - “Vilyarreal” (İspaniya).
Qeyd edək ki, “Qranada” - “Mançester Yunayted” qarşılaşmasının qalibi yarımfinalda “Ayaks” - “Roma” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Dinamo Zaqreb” -“Vilyarreal” cütünün qalibi isə “Arsenal” (İngiltərə) - “Slaviya Praqa” duelinin qalibi ilə qarşılaşacaq.
Dörddəbir final mərhələsinin ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları aprelin 29-da, cavab görüşləri isə mayın 6-da mayda təşkil olunacaq.
Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]