UEFA Azərbaycanın dörd klubunun hesabına maliyyə vəsaiti köçürüb
Bakı, 8 yanvar, AZƏRTAC
UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə “Fair Play” qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, vəsaitin bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.
UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan klublarının hesabına müvafiq qaydada köçürülüb. Ötən mövsüm Avroliqanın qrup mərhələsində yarışan Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Qəbələ” klublarının hər biri 78 min 300 avro, təsnifat mərhələsində mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” isə hərəyə 8540 avro əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]