UEFA Çempionlar Liqası: həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 25-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və ən yaxşı qolunun müəllifi adına namizədlərin siyahısı açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin üçüncü turundakı qarşılaşmalarda göstərdikləri oyuna görə həftənin ən yaxşı futbolçusu adına bosniya və herseqovinalı Edin Ceko (“Roma”, İtaliya), misirli Məhəmməd Salah (“Liverpul”, İngiltərə), ispaniyalı David Silva (“Mançester Siti”, İngiltərə) və mərakeşli Aşraf Hakimi (“Borussiya” Dortmund, Almaniya) iddialıdırlar.
Həftənin ən yaxşı qolu nominasiyasının qalibi isə PSJ klubunun argentinalı hücumçusu Anxel Di Mariya, “Real Madrid”in braziliyalı müdafiəçisi Marselo, “Mançester Siti”nin portuqaliyalı hücumçusu Bernardo Silva və “Napoli” klubunun hücumçusu Lorenso İnsinyanın vurduqları qollar arasından seçiləcək.
Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 27-də müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]