UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub
Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz görüş oynanılıb. Görüşlər aşağıdakı kimi nəticələnib:
“A” qrupu
“Borussiya Dortmund” (Almaniya) - Monako (Fransa) - 3:0
Atletiko (İspaniya) - Brügge (Belçika) - 3:1
“B” qrupu
PSV (Hollandiya) - İnter (İtaliya) - 1:2
Tottenhem (İngiltərə) - Barselona (İspaniya) - 2:4
“C” qrupu
PSJ (Fransa) - Srvena Zvezda (Serbiya) - 6:1
Napoli (İtaliya) - Liverpul (İngiltərə) - 1:0
“D” qrupu
Lokomotiv (Rusiya) - Şalke (Almaniya) - 0:1
Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə) - 1:0