“UKRAYNA” FONDUNUN SƏDRİ LEONİD KUÇMA VƏTƏNƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olmuş “Ukrayna” Fondunun sədri Leonid Kuçma fevralın 15-də Vətənə yola düşmüşdür.
Heydər Əliyev adına Beynəlxalq hava limanında qonağı və xanımını nəqliyyat naziri Ziya Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski yola salmışlar.