Ukrayna orta mənzilli hava hücumundan müdafiə sistemlərini inkişaf etdirir
Bakı, 23 iyul, AZƏRTAC
Ukrayna hazırda özünün orta mənzilli hava hücumundan müdafiə sistemlərini hazırlayır və sınaqdan keçirir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev deyib.
“Bizim yeni hava hücumundan müdafiə sistemlərimiz var, onlar indi orta mənzillidir - bu, əlbəttə ki, Patriot, SAMP-T və ya İris-T-nin analoqu deyil. Məncə, bu, daha çox Hawk və ya orta mənzilli sistemlərə aiddir”, - deyə o bildirib.
Eyni zamanda, Çernev hazırlanmaqda olan hava hücumundan müdafiə sistemlərinin adlarını və ya xüsusiyyətlərini açıqlamayıb.
Cümə günü Ukrayna Silahlı Qüvvələrinin (AFU) Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, Kiyev hava hücumundan müdafiə bölmələrini Qərb sistemləri ilə tam təchiz etmək niyyətindədir, çünki sovet sistemləri üçün döyüş sursatı və ehtiyat hissələrini doldurmaq çətindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]