UKRAYNA ÖZ TARİXİNDƏ ƏN DƏHŞƏTLİ ACLIĞIN QURBANLARINI YAD EDİR
Prezident Viktor Yuşşenko bu milli faciə ilə əlaqədar Ukrayna evində açılan bədii-sənədli sərgidə beynəlxalq birliyi 1932-33-cü illərin Qolodomorunu Ukrayna xalqına qarşı soyqırım kimi tanımağa çağırmışdır. O demişdir ki, 1988-ci ildə ABŞ Konqresi, habelə Avstraliya, Kanada, Argentina, Ukrayna, Litva parlamentləri Qolodomoru soyqırım aktı kimi tanımışlar.
Ukrayna Prezidenti Dnepr sahillərində və Şöhrət parkında Qolodomor qurbanlarının xatirəsinə meşə salınmasında iştirak etmişdir. O, Sofiya məbədindən Mixaylov məbədinədək matəm yürüşünün iştirakçıları arasında olmuş, Qolodomor qurbanlarının abidəsi önünə gül-çiçək dəstəsi qoymuşdur.
Elə həmin gün Ümummilli sükut dəqiqəsi elan edilmişdir.
Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları bu faciə ilə əlaqədar ölkəmizin hökuməti adından Ukrayna rəhbərliyinə dərin hüznlə başsağlığı vermiş, Qolodomor qurbanlarının abidəsi önünə əklil qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]