Ukrayna Radası Arsen Avakovun istefa ərizəsini təsdiqləyib
Bakı, 15 iyul, AZƏRTAC
Ukrayna parlamenti Arsen Avakovu 2014-cü ilin fevral ayından tutduğu daxili işlər naziri vəzifəsindən çıxarıb.
AZƏRTAC Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Radasının iyulun 15-də keçirilən iclasında 291 deputat daxili işlər nazirinin istefasını dəstəkləyib. Qərarın təsdiqi üçün cəmi 226 səs kifayət idi.
Arsen Avakov 2014-cü il fevralın 27-də Ukraynanın daxili işlər naziri vəzifəsinə təyin edilib, 2019-cu il avqustun 29-da bu vəzifəyə təkrar təyinat alıb. O, Vladimir Zelenskinin hakimiyyətə gəlməsindən sonra vəzifəsində qalan iki nazirdən sonuncusu idi. 2020-ci ilin martında Aleksey Qonçaruk hökumətinin istefasından sonra Arsen Avakov vəzifəsini qoruya bilsə də, bu i iyulun 13-də istefa ərizəsi yazmağa məcbur olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]