Ukrayna və Polşa arasında gərginliyi azaldan Davos görüşü
Kiyev, 17 yanvar, AZƏRTAC
Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Andjey Duda Davosda görüşüblər.
AZƏRTAC xəbər verir ki, Zelenski teleqram səhifəsində görüşdə ikitərəfli münasibətlərin, xüsusən də Ukraynanın Avropaya inteqrasiyası yolunda qarşılıqlı fəaliyyətin müzakirə edildiyini yazıb.
“Biz öz mövqelərimizi NATO-nun Vaşinqton sammiti ərəfəsində əlaqələndirmişik. Döyüş meydanındakı vəziyyət barədə məlumat verdim. Biz ölkəmizə gələcək müdafiə dəstəyini də müzakirə etdik”, - deyə Zelenski vurğulayıb.
“Prezident Volodimir Zelenskini əmin etdim ki, Ukrayna ilə bağlı siyasət sabit qalacaq, bu, hər zaman dəstək siyasəti olacaq”, - deyə Duda görüş barədə deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Polşanın yeni Baş naziri Donald Tusk Kiyevə səfər edəcək.
Duda əlavə edib ki, Polşa hökuməti ilə birlikdə Ukraynaya qarşı yaxşı siyasət apara biləcəyinə inanır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]