Ukraynada hərbi fakültəni bitirməyən həkimlərə zabit rütbələri veriləcək
Kiyev, 27 iyul, AZƏRTAC
Ukraynalı həkimlərə hərbi fakültəni bitirməsələr belə, zabit rütbələri veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə keçirilən Hərbi Tibb və Psixi Sağlamlıq üzrə birinci illik beynəlxalq konqresdəki bəyanatında bildirilib.
Zelenski qeyd edib ki, o, hərbi təlim keçməmiş həkimlərə ilkin zabit rütbəsinin verilməsi ilə bağlı fərman imzalayıb.
Xatırladaq ki, 27 iyul Ukraynada Həkimlər Günüdür.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]