Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir
Bakı, 10 may, AZƏRTAC
Bu gün Azərbaycan gəncliyi Fəxri xiyabana ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməyə xüsusi həvəslə gəlir və dahi liderə öz ehtiramını bildirir. Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir. Azərbaycan xalqı, gəncliyi əldə etdiyi bütün uğurlara, dövlətimizin dünyada modern bir dövlətə çevrilməsinə, intibahına, tərəqqisinə görə məhz müdrik siyasətçi Heydər Əliyevə borcludur.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gələn, Azərbaycan Kooperasiya Universitetinin tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Ulu Öndər daim gənclərə diqqət və qayğı göstərib, onların problemləri ilə maraqlanıb, gəncliyin sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir sıra sənədlər imzalayıb. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.