Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası RƏY

Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası  RƏY

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin şanlı tariximizdə yerini və rolunu hər zaman yüksək qiymətləndirib. Daim Ümummilli Liderini ehtiramla yad edir, həm doğum günündə, həm də anım günündə böyük insan seli onun məzarı üstünə gedir, ruhuna dualar oxuyur. Eləcə də ideyalarını, zəngin siyasi irsini qoruyub saxlayır, müqəddəs kəlamları dillər əzbəridir. Qədirbilən xalqımız onun siyasi kursuna ürəkdən dəstək verir, varlığının, müstəqilliyinin, inkişafının qarantı hesab edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

O qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu siyasi strategiya onun uğurlu davamı sayəsində xalqımızı zirvələrə qaldırdı, qələbədən-qələbəyə daşıdı, dövlətimizi dünyada böyük söz sahibinə, regionda liderə çevirdi. Məhz bu siyasi kurs Azərbaycanın adını kosmos dövlətləri sırasına yazdırdı. Kosmos dövlətləri dünyada barmaqla saylı qədərdir ki, biz də o siyahıdayıq. Biz Azərbaycan xalqı olaraq dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə təşəkkür edirik ki, ötən il Sərəncam verərək 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Bu münasibətlə ölkəmizdə yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar keçirildi, idman yarışları, müsabiqələr, sərgilər təşkil olundu. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırladı və uğurla həyata keçirdi.

“Xalqı üçün müstəqil, güclü dövlət quran Heydər Əliyevin dövlətçilik strategiyası Azərbaycanımızın uğurlu inkişafına hesablanıb. Bu gün hər birimiz Heydər Əliyevin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan çox qürurluyuq. O, həm sovet Azərbaycanının təhlükəsizlik orqanına rəhbərlik edərkən, həm də respublika başçısı olarkən yalnız milli hisslərlə yaşayıb, xalqının mənafeyi naminə çalışıb, insanlarımızı əsassız təqiblərdən qoruyub, milli şüurun inkişafına şərait yaradıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən vaxt respublikamızda vəziyyət son dərəcə ağır idi. Bilavasitə onun rəhbərliyi ilə l970-ci ildən Azərbaycan intibah dövrünə qədəm qoydu, respublikamızın gəlirləri artmağa başladı, göstəricilər yüksəldi. Təkcə 1971-75-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və çalışan müəssisələrdə 32 yeni sex və istehsal sahəsi fəaliyyətə başlamışdı. Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri ölkəmizdə inşa olunmuşdu. Onun Bakı Məişət Kondisionerləri zavodunun inşası naminə göstərdiyi səyləri xüsusilə təqdir olunmalıdır. Zavodun Bakıda tikilməsi xalqımızın dahi oğlunun böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin nəticəsi idi. Bu sıraya biz indiki Bakı Dərin Özüllər Zavodunu da qeyd edə bilərik ki, bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahına xidmət edir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

Həmin illərdə Bakının görkəminin əsaslı şəkildə dəyişdiyini deyən Səttar Möhbalıyev fikrinin davamında bildirib: “Yeni binalar tikildi, geniş abadlıq işləri aparıldı. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması Heydər Əliyevin diqqət yetirdiyi mühüm məsələlərdən biri idi. Məhz onun rəhbər olduğu dövrdə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verildi. On beş mindən çox azərbaycanlı tələbə ittifaqın nüfuzlu ali məktəblərinə oxumağa göndərilmişdi. Qeyd edim ki, həmin məzunlar Azərbaycan müstəqil olduqdan sonra yüksək ixtisaslı kadr kimi ölkəmizə xidmət etməyə başladılar və müstəqil Azərbaycan üçün çalışdılar. Ümumilikdə Ulu Öndərin respublikamıza peşəkar rəhbərliyi onun ittifaq səviyyəsində tanınmasına, nüfuz qazanmasına səbəb olmuşdu. Odur ki, Heydər Əliyev 1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O, həmin vəzifədə gördüyü işlərlə, humanist mövqeyi, ədalətli və sülhsevər yanaşmaları ilə dünya səviyyəsində tanınırdı”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin başına gələnləri xatırladan AHİK sədri əlavə edib: “Çox çətin dövr idi, xalqımız ağır sınaqla üzləşmişdi. Amma xalqımızın müdrik qərarı - Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi bizi bu bəlalardan xilas etdi. Bugünkü müstəqil, suveren, firavan, qüdrətli Azərbaycan, həqiqətən də, Heydər Əliyevin şah əsəridir. Məlumdur ki, Ulu Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları, xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafı dururdu. Bu yolda həmkarlar ittifaqlarının fəaliyyətini nəzərə alaraq ona hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquq və mənafelərinin qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və birbaşa nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bu qanunla həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.

Səttar Möhbalıyev deyib ki, yaratdığı Azərbaycanı öz layiqli davamçısına etibar edən Ulu Öndər bununla ölkəmizin xoşbəxt gələcəyinin əsasını qoydu: “Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin tərəqqi strategiyasını qətiyyətlə davam etdirərək ölkəmizi qüdrətli ölkəyə çevirib. Ötən 20 ildə İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Onun gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Xoşbəxtik ki, biz öz torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub, müqəddəs bayrağımız doğma Vətənimizin hər bir guşəsində - Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır”.

Deputat sonda vurğulayıb: “Bu gün ölkəmizin vətəndaşları öz dövləti ilə qürur duyur, qazanılan nailiyyətlərlə, əldə olunan uğurlarla fəxr edir. Əminik ki, gələn il fevralın 7-də Prezident seçkilərinə gedəcək xalqımız yenə də tərəqqiyə, inkişafa, əmin-amanlığa səs verəcək. Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir, onun bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir. Əminik ki, Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək, xalqımız xoşbəxt və firavan həyatına davam edəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb