Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir

Bakı, 23 fevral (AZƏRTAC). Təbiətin amansızlığındanmı, ya nədəndir, Abşeron mühitində ağacın öz-özünə boy atması ağlabatan deyildir. Yerə toxum atdınmı, gərək başına dolanasan, qayğısını çəkəsən, yoxsa sənə könül bağlamaz. Amma içərimizdə elə adamlar əmələ gəlib ki, Bakı kimi yerdə də öz mənfəətləri xatirinə ağaca balta çalırlar. Unudurlar ki, məşhur atalar sözündə deyildiyi kimi, “yaşıllığı çox olan diyarın məzarı az olar.”

Vaxtilə rus çarı II Aleksandr: “Siyasi dustaqlar üçün Bakıdan gözəl şəraiti olan yer yoxdur” - sözlərini deyəndə nəyi nəzərdə tuturdu? Demək istəyirdi ki, Bakıda yaşamaq elə cəza çəkməkdir. İnsanı yandırıb-yaxan isti və quraqlığın tüğyanı, bir yandan da o dövrdə kölgəsinə girməyə ağacın yoxluğu bu sözləri təsdiq edirdi.

Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev isə rus çarının dediklərini alt-üst etdi. Abşeronu yaşıllıqlar diyarına çevirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə (1969-1982) yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Planetin ağciyərləri olan meşələrin qorunması yenidən gündəmə gəldi. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeronda bundan sonra başladı.

Respublikamızda ekoloji problemlərin həll edilməsini daim diqqətdə saxlayan, xüsusilə yaşıllaşdırmaya böyük önəm verən ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və “Azərmeşə” İstehsalat Birliyi ləğv edilmiş və bunların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə görə Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirilməsi bu nazirliyə tapşırılmışdır.

Özünün təbii zənginliyinə görə dünyada aparıcı yerlərdən birini tutan Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən meşələrin bərpa olunması və yeni meşələrin salınması, meşələrin qorunub mühafizə olunması ilə bağlı bir çox ciddi tədbirlər həyata keçirilmişdir. Bunun üçün ETSN-in meşələrin inkişafı departamenti tərəfindən təkcə 2012-ci ildə görülmüş işlərə nəzər salmaq kifayətdir. Ötən il 10 min 500 hektar proqnoz əvəzinə 10 min 528 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3 min 75 hektar əvəzinə 3 min 78 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7 min 450 hektar sahədə aparılmışdır. Əkin materiallarının yetişdirilməsi məqsədi ilə tinglik sahələrində 82,62 hektarda toxum səpilmiş, böyütmə şöbəsində 74,9 hektar sahədə 2 min 936 toxmacar, kökləndirmə şöbəsində isə 16,3 hektarda 757 min çilik basdırılmışdır. Tinglik sahələrində 25 mindən çox müxtəlif çeşiddə əkin materialı yetişdirilmişdir. Tinglik sahəsinin səpin, böyütmə və kökləndirmə şöbələrində yetişdirilən əkin materiallarının müəyyən hissəsi 2012-ci ilin payız mövsümündə meşə əkinlərində istifadə olunmuşdur. Qalan əkin materialı isə 2013-cü ilin yaz mövsümündə meşə fondu torpaqlarında nəzərdə tutulan meşə əkini, təmir-doldurma işləri, eləcə də yaşayış məntəqələrinin və magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması üçün istifadə ediləcəkdir. Bundan əlavə, meşə və qeyri-meşə fondu ərazilərində meşə əkinlərinin becərilməsi məqsədi ilə 356 min 92,1 hektar sahədə xidmət, 35 min 969 hektar sahədə suvarılma işləri aparılmışdır. Eyni zamanda, meşələrin qorunması və mühafizəsinə ciddi nəzarət edilmişdir. Meşə qanunvericiliyini pozan şəxslər (qanunsuz ağac kəsən, meşə torpaqlarını zəbt edən və digər meşə qanunvericiliyi hallarını pozanlar) barədə qanuna müvafiq tədbirlər görülməsi və ziyanların ödətdirilməsi üçün 66 min 718 manat ziyan məbləğində 215 iş prokurorluq, polis və məhkəmə orqanlarına göndərilmişdir. Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında Qanun”un tələblərinə uyğun olaraq bir sıra qabaqlayıcı zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi meşə yanğınları baş verməmişdir. Belə ki, ötən il ərzində ümumilikdə 9,97 hektar meşə fondu ərazisini əhatə etməklə 8 yanğın hadisəsi baş vermişdir. Baş vermiş meşə yanğınları operativ şəkildə ləğv edildiyindən meşə fonduna ciddi ziyan dəyməmişdir. Sadalananlar adi rəqəmlər deyildir, bunlar ölkəmizdə yaşıllaşdırma sahəsində mövcud vəziyyəti əks etdirir. Eyni zamanda, ulu öndərin vaxtilə müəyyən etdiyi ekoloji siyasətin bu gün uğurla davam etdirilməsinin göstəricisidir.

Bu nailiyyətlərlə yanaşı, təəssüflə qeyd etmək lazımdır ki, son 20 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşmişdir. Ermənistanın təcavüzü nəticəsində 250 min 928 hektar meşə sahəsi işğal altında qalmışdır, 10 min 233 hektar meşə sahəsi isə təsərrüfat dövriyyəsindən çıxmışdır. İşğal altında qalmış meşələrimiz hazırda vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib Ermənistana aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırmışdır.

Qeyd olunmalıdır ki, Prezident İlham Əliyev də ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi əsasən Bakı və ətraf ərazilərdə torpaqların çirklənməsi və yaşıllaşdırma ilə bağlı olmuşdur. ”Ekologiya ili” çərçivəsində Bakı şəhərinin atmosfer havasının təmizlənməsi məqsədi ilə üç milyondan çox ağac əkilmişdir.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Son illər Bakı şəhərində və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, burada dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirilir.

Ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyasına başlanılmışdır. Ulu öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının mütəmadi olaraq təşkil etdiyi ağacəkmə aksiyaları, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılan İDEA -Ərtaf Mühit üzrə Beynəlxalq Dialoq Kampaniyası tərəfindən həyata keçirilən aksiyalar və layihələr bu kampaniyanın əhəmiyyətini daha da artırır. Bunlarla yanaşı, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar və dövlət proqramları həyata keçirilir.

Azərbaycan dövlətinin əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.

Elçin Hüseynov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb