Ulu Öndərin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsi başa çatıb
Gəncə, 22 iyul, E.Məmmədov, AZƏRTAC
Gəncə Gənclər evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsinin final və təltifetmə mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının dəstəyi, Gəncə Gənclər Evi və BOKT Viator Mikrokredit Azərbaycanın təşkilatçılığı ilə keçirilən müsabiqədə, ümumilikdə, 50 nəfər iştirak edib. Üç hissədən ibarət olan müsabiqədə yüzə yaxın rəsm əsəri təqdim olunub. Qaliblər diplom və pul mükafatı, digər iştrakçılar isə sertifikat və hədiyyələrlə təltif ediliblər.