Ulu Öndərin anadan olmasının 102-ci ildönümü Tbilisidə də qeyd olunub





Tbilisi, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Tbilisidə də təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və şirkətin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rəhbərləri, sadə vətəndaşlar, "Alyans" Gənclər Mərkəzinin, eləcə də digər məktəblərin müəllim və şagirdləri, universitet tələbələri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər. Onlar, həmçinin parkda açıq havada açılmış sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxıblar.
Qonaqlara və məktəblilərə dünyaşöhrətli siyasi dövlət xadimi, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Səfir və səfirliyin əməkdaşları, eləcə də iş adamları daha sonra Rustavi şəhərində Ulu Öndərin abidəsini ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi