Ulu Öndərin xatirəsinə dərin ehtiram onun Vətən və xalq qarşısında misilsiz xidmətlərindən qaynaqlanır
Bakı, 10 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram onun Vətən və xalq qarşısında misilsiz xidmətlərindən qaynaqlanır.
Bu sözləri mayın 10-da Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gəlmiş polis əməkdaşı Ağa Ağayev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində misilsiz izlər qoymuş dövlət xadimidir. Məhz onun uzaqgörən, milli maraqlarımıza xidmət edən siyasəti nəticəsində bu gün azad, müstəqil, qüdrətli bir dövlətdə yaşayırıq. Bu gün Heydər Əliyevin siyasəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dinamik inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub.